“Mançester Yunayted” baş məşqçisinə yeni müqavilə təklif edib
İngiltərənin “Mançester Yunayted” klubu baş məşqçisi Ole-Qunnar Sulşeri postunda saxlamağa qərar verib.
Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi 48 yaşlı mütəxəssisə yeni müqavilə təklif edib.
Mançesterlilər norveçlini daha 3 il postunda saxlamaq niyyətindədir. 2,5 ildir komandaya rəhbərlik edən Sulşer heç bir titul qazanmasa da, rəhbərlik onun işindən razı qalıb.
Qeyd edək ki, mançesterlilər 2020/21 mövsümündə Premyer Liqada ikinci olub, Avropa Liqasının finalında uduzub.