Tokio Olimpiadası ləğv ediləcək?



 16:40 28.05.2021     375

Fərqli bölgələrdə mövcud olan bütün COVİD-19 variantları Tokioda toplanacaq.

Nexeber.az Milli.Xeber-ə istinadən xəbər verir ki, bu sözləri Yaponiya Həkimlər Birliyinin prezidenti Ueyama Naoto deyib.

O, virusun tamamilə yeni bir variantı ortaya çıxa biləcəyəini bildirib və ölkədəki yeni növ koronavirus epidemiyasının 4-cü dalğası ehtimalına görə Tokio Olimpiadasının ləğv edilməsini tələb edib.

Qeyd edək ki, Olimpiadanın 23 iyul - 8 avqust tarixlərində Yaponiyanın Tokio şəhərində keçirilməsi planlaşdırılır.