“Zirə” minifutbol üzrə Çempionlar Liqasında üçüncü yeri tutub



 13:20 10.09.2023     308

Minifutbol üzrə “Zirə” komandası Rumıniyanın Oradea şəhərində keçirilən Çempionlar Liqasında üçüncü yeri tutub.

Demedia.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi bürünc medal uğrunda görüşdən qalib ayrılıb.

“Zirə” yerli AEK klubunu üstələyib. Komandamız turnirin ötənilki qalibi olmuş rəqibi 5:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, Azərbaycanın Çempionlar Liqasındakı digər komandası “Birbaşa Bakı” 1/4 finalda məhz AEK-ə uduzaraq, mübarizəni dayandırmışdı.