Karrasko Azərbaycan millisinə vurduğu qolu dəyərləndirib



 12:57 11.09.2023     295

Belçika yığmasının futbolçusu Yannik Karrasko AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisinə vurduğu qolu dəyərləndirib.

Demedia.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi İtaliya millisinin sabiq hücumçusu Filippo İnzaqinin belə qolları sevdiyini bildirib: “Filippo İnzaqi bu cür bir neçə qol vurub”.

Yığmanın heyətində keçirdiyi 67-ci matçında 10-cu qolunu vuran ulduz futbolçu gənclərlə təcrübəlilərdən ibarət yaxşı kollektiv formalaşdığını söyləyib: “Yan Vertongen, Romelu Lukaku və mən şanslıyıq. Çünki gənclər bizi dinləyirlər. Danışmaqla, məşq etməklə və xətləri bağlamaqla komandaya kömək etməyə çalışıram. İstəyirik ki, gənclər bizi nümunə kimi izləsinlər”.

Qeyd edək ki, “Dalğa Arena”da keçirilən görüş Belçikanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.