Yarışlarda çıxış üçün yaradılan imkanlara görə Azərbaycana təşəkkür edirik - Ukraynalı gimnastlar
Yarışlarda çıxış üçün yaradılan imkanlara görə Azərbaycana təşəkkür edirik.
Nexeber.az bildirir ki, bunu Trend-ə ukraynalı gimnastlar Stanislav Qalayda və Anastasiya Kuraşvili deyib.
Gimnastlar Bakıya ikinci dəfə gəldiklərini deyib. Onar bildirib ki, yarışlarda idmançılar üçün hər cür şərait yaradılıb.
A.Kuraşvvili vurğulayıb ki, qarışıq cütlüklərdə çıxışları zamanı bütün bacarıqlarını göstərməyə çalışıblar: "Biz böyüklər yaş qrupuna təzəlikcə keçmişik və fikirləşirəm ki, ilk çıxışımız kifayət qədər uğurlu alınıb".
S.Qalayda bildirib ki, pandemiya dövründə formanı saxlaya bilmək üçün karantin tədbirləri ilə əlaqədar az sayda idmançı ilə məşqlər keçirilib.