Şahruddin Məhəmmədəliyev "Adana Demirspor"da debüt edib, 2 dəqiqə sonra qol buraxıb
Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev Türkiyənin "Adana Demirspor" klubunda debüt edib.
Demedia.az-ın məlumatına görə, 29 yaşlı qolkiper səfərdə "Kasımpaşa"ya qarşı keçirdikləri Superliqanın VI tur matçında meydana çıxıb.
19-cu dəqiqədə qapıçı Ertaç Özbir birbaşa qırmızı vərəqə aldığı üçün Məhəmmədəliyevə ehtiyac duyulub. O, 23-cü dəqiqədə Yusuf Sarını əvəzləyib. Meydan sahibləri bundan iki dəqiqə sonra hesabı açıblar.
Qeyd edək ki, qarşılaşma "Kasımpaşa"nın qələbəsi ilə bitib - 2:1.