Səudiyyə Ərəbistanı futbol hakimlərini də transfer etmək istəyir



 16:11 28.09.2023     279

Səudiyyə Ərəbistanı Liqasının oyunlarını digər ölkələrin hakimləri idarə edə bilərlər.

Demedia.az xəbər verir ki, yerli federasiya artıq bir neçə ədalət təmsilçisi ilə danışıqlar aparıb.

Qurum çempionatın daha da inkişaf etdirilməsi üçün hakimləri transfer etmək niyyətindədir.

Nəşr İngiltərədəki Premyer Liqa referilərinin illik 120-300 min funt-sterlinq qazandıqlarını, lakin Səudiyyə Ərəbistanında bu rəqəmin daha yüksək ola biləcəyini vurğulayıb.

Qeyd edək ki, sözügedən ölkə təmsilçiləri yay transfer dönəmində bir neçə ulduz futbolçunu heyətlərinə qatıblar.