Okan Buruk: "Qalatasaray" Avropanın fatehidir"
"Qalatasaray"ın baş məşqçisi Okan Buruk Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda səfərdə "Mançester Yunayted"ə qalib gəldikləri matç (3:2) haqqında fikirlərini bölüşüb.
Demedia.az xəbər verir ki, mütəxəssis Türkiyə futbolu adına vacib qələbə qazandırlqarını vurğulayıb:
"Yaxşı oyun oldu. Çox xoşbəxtik. Qrupda 4 xalla 2-ci pillədəyik. Səfərdə "Mançester Yunayted"i məğlub etdik. Bir Türkiyə klubunun burada İngiltərə komandasına qalib gəlməsi uzun illər xatırlanacaq. Bu, Türkiyə futbolu, "Qalatasaray" üçün çox vacibdir. Bəli, qrupda 2-ciyik. Amma əsas xoşbəxtliyimiz bir Türkiyə klubunun "Old Trafford"da qələbə qazanmasıdır. "Qalatasaray" Avropanın fatehidir. Adından da göründüyü kimi, uzun illərdir ki, bunu bacarır".
Qeyd edək ki, "Qalatasaray" (4 xal) A qrupunda yalnız "Bavariya"dan (6 xal) geri qalır. / Qol.az