"Atletiko"ya qol vuran qapıçı tarixə düşdü
İspaniyanın "Eybar" klubunun qapıçısı Marko Dmitroviç La Liqanın tarixinə düşüb.
Nexeber.az qol.az-a istinadən xəbər verir ki, 19-cu turda "Atletiko" ilə matçda (1:2) penaltidən fərqlənən 29 yaşlı qolkiper 2011-ci ilin fevralından ölkə çempionatında qol vuran ilk qapıçıdır.
Son dəfə bunu 10 il əvvəl "Almeriya" ilə görüşdə "Deportivo"nun qapıçısı Dani Aransubiya gerçəkləşdirmişdi.
Dmitroviç həm də 18 ildən sonra penaltidən fərqlənən ilk qapıçıdır. 2003-cü ildə "Las Palmas"ın qolkiperi Naço Qonsales "Atletik"lə qarşılaşmada penaltini dəqiq yerinə yetirib.
Qeyd edək ki, indiyədək İspaniya çempionatında 7 qapıçı qol vura bilib.