“Trabzonspor” baş məşqçisi ilə yollarını ayırdı
Türkiyənin “Trabzonspor” klubu baş məşqçisi Nenad Byelitsa ilə yollarını ayırıb.
Demedia.az xəbər verir ki, bu barədə Qara dəniz təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
Bildirilib ki, xorvatiyalı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıqla xitam verilib. 52 yaşlı məşqçi mövsümün sonuna qədər nəzərdə tutulan əməkhaqqını alması müqabilində ayrılığa razılıq verib.
Qeyd edək ki, Nenad Byelitsa apreldə “Trabzonspor”un baş məşqçisi təyin olunmuşdu. Komanda hazırda 12 xalla Superliqada turnir cədvəlinin 7-ci pilləsində qərarlaşır.