Neymardan sevənlərinə pis xəbər
Karyerasını Səudiyyə Ərəbistanı Liqasının "Əl Hilal" komandasında davam etdirən Neymardan sevənlərinə pis xəbər gəlib.
Demedia.az xəbər verir ki, o, daha 10 ay yaşıl meydanlardan uzaq qalacaq.
Belə ki, Braziliyanın Uruqvaya səfərdə 2-0 uduzduğu FIFA Dünya Kuboku Cənubi Amerika Seçmələri matçında zədələnən və meydanı göz yaşları içində tərk edən Neymar sabah komanda həkimi Rodriqo Lasmar tərəfindən əməliyyat olunacaq.
Sol dizinin ön çarpaz bağında və meniskində yırtıq diaqnozu qoyulan 31 yaşlı futbolçunun 10 ay meydanlardan uzaq qalacağı bildirilib.
Xatırladaq ki, mövsümün əvvəlində Fransanın Paris Saint-Germain (PSJ) komandasından Səudiyyə Ərəbistanı təmsilçisi "Əl Hilal"a 90 milyon avroya transfer olunan Neymar yeni komamdasında 5 matçda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.//BAKU.WS