Mahir Emreli "Dinamo"nu məğlubiyyətdən xilas edib
Azərbaycan millisinin futbolçusu Mahir Emreli Xorvatiyanın "Dinamo" klubunda növbəti qolunu vurub.
Demedia.az-ın məlumatına görə, 26 yaşlı hücumçu səfərdə "Varajdin"ə qarşı keçirdikləri çempionatın XIV turunun matçında fərqlənib.
75-ci dəqiqədə meydana çıxan Emreli 90+5-ci dəqiqədə Zaqreb təmsilçisini məğlubiyyətdən xilas edib.
Bu, onun cari mövsüm "Dinamo"da 5-ci qoludur.
Qeyd edək ki, görüş 1:1 hesabı ilə yekunlaşıb.