Azərbaycan cüdoçusu Avropa çempionu oldu



 13:25 06.11.2023     337

Azərbaycan cüdoçusu Zelim Kotsoyev (100 kq) Fransanın Monpelye şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

Demedia.az xəbər verir ki, 25 yaşlı cüdoçu həlledici görüşdə gürcüstanlı rəqibi İliya Sulamanidzeyə qalib gəlib.

Azərbaycan millisinin digər üzvləri Murad Fətiyev (90 kq) və Uşanqi Kokauri (+100 kq) isə medalsız qalıblar.

Qeyd edək ki, buna qədər Hidayət Heydərov (73 kq) da turnirin qızıl medalını əldə edib.