“Qarabağ” son dəqiqələrdə buraxdığı qolla “Bayer”ə məğlub oldu



 09:07 10.11.2023     433

“Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.

Teleqraf.com-un məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv IV turda Almaniyanın “Bayer 04” klubunu qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmanın taleyini 1 qol həll edib. “Qarabağ” güclü rəqibi ilə başabaş mübarizə apardığı matçın 90+4-cü dəqiqəsində qol buraxıb. İngiltərəli baş hakim Kreyq Pousonun təyin etdiyi penaltini Viktor Bonifeys dəqiq yerinə yetirərək, komandasına 1:0 hesablı qələbə qazandırıb.

Bu qalibiyyət sayəsində xallarının sayını 12-yə çatdıran “Bayer 04” növbəti mərhələyə vəsiqəni rəsmiləşdirib. “Qarabağ” isə 6 xalla ikinci pillədə qərarlaşıb.

Qeyd edək ki, “Qarabağ” yer aldığı H qrupunda növbəti matçını noyabrın 30-da Norveçdə “Molde”yə qarşı keçirəcək.