FİFA-dan Fələstin bayrağı ilə bağlı kritik qərar



 17:00 11.11.2023     205

FİFA İndoneziyada keçirilən U-17 yığmaları arasında dünya çempionatı zamanı azarkeşlərə Fələstin bayrağını stadionda açmağa icazə verib.

Demedia.az  xəbər verir ki, bu brədə “Tempo” İndoneziya Futbol Assosiasiyasına (PSSI) istinadən məlumat yayıb.

PSSİ-nin sədri Erik Tohir bu məsələni daha əvvəl FİFA rəhbərliyi ilə razılaşdırdığını bildirib. Onun sözlərinə görə, federasiyanın insan hüquqlarının simvolu kimi Fələstin bayrağından istifadə etmək problemi yoxdur.

“FIFA ifadə azadlığını, insan hüquqlarının və insanlığın qorunmasını yüksək qiymətləndirir. Buna misal olaraq Fələstin bayrağının qaldırılmasını göstərmək olar. Buna görə də, PSSI bununla bağlı heç bir qadağanın olmadığını vurğulayır”, – deyə Tohir bildirib.

Maraqlıdır ki, aprel ayında FİFA Bali adasının o vaxtkı qubernatoru Vayan Kosterin İsrail millisini turnirə buraxmamaq çağırışına görə İndoneziyanı yaşı 20-dən aşağı olan futbolçuların dünya çempionatına ev sahibliyi etmək hüququndan məhrum etmişdi..

U-17 dünya çempionatının oyunları noyabrın 10-dan dekabrın 2-dək Cakarta, Surabaya, Solo və Bandunqda keçiriləcək.