Futbol matçında qorxunc ölüm! Görüntülər ölkədə səs-küy yaratdı
Albaniyada futbol matçında baş verən hadisə ictimaiyyətdə geniş əks-səda doğurub.
Demedia.az xarici mənbəyə istinadən xəbər verir ki, Albaniyada futbol matçı zamanı halı pisləşən qanalı futbolçu Rafael Dvamena aparıldığı xəstəxanada dünyasını dəyişib.
Durres Regional Polis İdarəsindən verilən açıqlamada Eqnatiya forması geyinən 28 yaşlı Dvamenanın Eqnatiya - Partizani matçının 23-cü dəqiqəsində vəziyyətinin pisləşdiyi və huşunu itirdiyi bildirilib.
Dvamena sahəyə gələn sağlamlıq qruplarının ilk müdaxiləsindən sonra Kavalye şəhərindəki xəstəxanaya aparılıb. Ancaq, həkimlər 28 yaşlı futbolçunun həyatını xilas edə bilməyib.
Futbolçunun ölümü ilə bağlı prokurorluq araşdırmalara başlayıb. Hadisədən sonra Federasiya ölkədə bu həftəsonu keçirilməsi planlaşdırılan oyunların təxirə salındığını açıqlayıb.