Hidayət dünya çempionatında mübarizəyə başlayır
Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatının üçüncü günündə daha iki çəki dərəcəsində mükafatçılar bəlli olacaq.
Nexeber.az xəbər verir ki, kişilər üzrə Azərbaycan yığmasının iki üzvü 73 kq çəki dərəcəsində tatami üzərinə çıxacaq. Rüstəm Orucovun yoxluğunda bu çəkidə Hidayət Heydərovla Nurlan Osmanov medallar uğrunda mübarizəyə qoşulacaq.
Hər iki təmsilçimiz ilk mərhələdən tatami üzərinə çıxacaq. Nurlan Osmanov isveçli Tommy Masiasla qarşılaşacaq. Uzun fasilədən sonra bu çəki dərəcəsinə qayıdan Hidayət Heydərovun rəqibi mozambikli Ayton Sikuir olacaq.
Qeyd edək ki, dünya çempionatında hələlik yalnız Kəramət Hüseynov (-60 kq) bürünc medal qazana bilib.