Azad agent olan ən bahalı futbolçular: Siyahıda kimlər var?



 14:40 08.12.2023     180

"Transfermarkt" internet portalı azad agent statusuna malik olan ən bahalı futbolçuların reytinqini dərc edib.

Demedia.az xəbər verir ki, siyahıda birinci yerdə “Mançester Yunayted”in keçmiş qapıçısı, ispaniyalı David de Xea qərarlaşıb. Hazırda onun transfer dəyəir 8 milyon avro olaraq qiymətləndirilir

Son olaraq “Nottingem Forest”də çıxış edən ingilis yarımmüdafiəçi Cessi Linqard ikincidir. Onun transfer dəyəri 5 milyon avrodur. İlk üçlüyü "Renn"dən ayrıldıqdan sonra klub tapa bilməyən Şeka qapayır.

Azad agent statusunda olan ən bahalı futbolçular:

1. David de Xea (son klubu "Mançester Yunayted" - 8 milyon avro)

2. Cessi Linqard (son klubu "Nottingem Forest" - 6 milyon avro)

3. Şeka (son klubu "Renn", 5 milyon avro)

4. Ənvər Əl-Qazi (son klubu "Maynts" - 3 milyon avro)

5. Helder Kosta (son klubu "Lids" - 2,8 milyon avro)

6. Xose Kampanya (son kluby "Levante" - 2,5 milyon avro)

7. Nemanya Yoviç (son klubu "Partizan" - 2 milyon avro)

8. Suleymane Dumbia (son klubu "Anje" - 2 milyon avro)

9. Santi Mina (son klubu "Selta" - 2 milyon avro)

10. Darko Velkovski (son klubu "Əl-İttifaq" - 1,8 milyon avro).