Çeferin 2031-ci ilədək UEFA prezidenti ola bilər



 20:34 11.12.2023     427

UEFA prezidenti Aleksander Çeferin qurumun nizamnaməsinə dəyişiklik edilməsini təklif edəcək.

Demedia.az "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, təklif qəbul olunarsa, 56 yaşlı funksioner 2031-ci ilədək vəzifəsində qala bilər.

Bu düzəliş ötən həftə UEFA İcraiyyə Komitəsinin Almaniyanın Hamburq şəhərində keçirilmiş iclasında təklif edilib. Çeferinin ilk prezidentlik müddətinin ləğv edilməsi və onun növbəti seçkilərdə namizəd olması mümkündür.

İngiltərənin "Mançester Yunayted" klubunun icraçı direktoru David Gill toplantıda buna qarşı çıxıb və bunu dəstəkləyən şəxsləri "qeyri-demokratik və futbolun maraqlarına uyğun olmayanlar" adlandırıb. Təklif olunan düzəliş təşkilatın Fransanın paytaxtı Parisdə reallaşacaq Konqresində səsverməyə çıxarılacaq.

Qeyd edək ki, Aleksander Çeferin 2016-cı ildən quruma rəhbərlik edir. Onun səlahiyyət müddəti 2027-ci ildə başa çatmalıdır.