Döyülən hakimdən karyerası ilə bağlı şok qərar



 16:40 12.12.2023     231

Türkiyədə "Ankaragücü" prezidentinin döydüyü hakim Halil Umut Meler karyerasını başa vurub.

Demedia.az xəbər verir ki, bu barədə referi özü xəstəxanaya ziyarətinə gedənlərə məlumat verib.

Türkiyə Superliqasının oyunlarına təyinat alan digər referilər də ümumi açıqlama verərək, Halil Umut Melerlə görüşdükdən sonra gələcək karyeralarına aydınlıq gətirəcəklərini bildiriblər.

Qeyd edək ki, Superliqanın XV turunun “Ankaragücü” – “Rizəspor” (1:1) oyunundan sonra paytaxt təmsilçisinin prezidenti Faruk Koca meydana daxil olaraq, baş hakim Halil Umut Meleri yumruqla vurub.