Yenə Keyn, yenə rekord...
Almaniya Bundesliqasının 15-ci turunda "Bayern" "Ştutqart"la qarşılaşıb və 3:0 hesabı ilə inamlı qələbə qazanıb.
Demedia.az xəbər verir ki, Münhen klubunun hücumçusu Harri Keyn çempionatda müvafiq olaraq 19-cu və 20-ci qollarını vuraraq dubla imza atıb. Bunun üçün ona cəmi 14 matç lazım gəlib.
Bundesliqa tarixində heç bir futbolçu 20 qol həddinə belə tez çatmayıb. Daha əvvəl Uve Seeler 21, Erlinq Haaland isə 22 matça bu səddə çatıb.
Xatırladaq ki, Keyn yayda “Tottenhem”dən “Bayern”ə keçib. İngilis forvard bütün turnirlərdə 20 oyun keçirib, 22 qol vurub və 8 məhsuldar ötürmə edib.