"Real" bu xəbərlə sarsıldı



 13:59 20.12.2023     218

"Real"ın aparıcı müdafiəçisi David Alaba dizindən əməliyyat olunub.

Demedia.az  xəbər verir ki, klub La Liqanın son turunun "Vilyarreal"la matçında sıradan çıxan avstriyalı futbolçunun sağalma müddətinin ən az səkkiz ay çəkəcəyini açıqlayıb.

Bu o deməkdir ki, Avstriya millisinin lideri Avro-2024-də oynamayacaq və yeni mövsümə hazırlığı da buraxa bilər.

Alaba Avropa çempionatını buraxacaq ikinci "Real" oyunçusudur. Daha əvvəl zədəli olan Tibo Kurtuanın turnirdə oynamayacağı məlum olub.