AVRO-2020: Türkiyə Bakıdakı ilk oyunda məğlub oldu



 22:55 16.06.2021     531

Avropa çempionatında A qrupunun II turunun Bakıda keçirilən Türkiyə - Uels oyununu bitib. 

Bakı Olimpiya Stadionunda (BOS) keçirilən qarşılaşma Britaniya təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yükunlaşıb.

Görüşdə ilk qol birinci hissənin sonlarında vurulub. 42-ci dəqiqədə Aaron Remsi qapıçısı Uğurcan Çakırla təkbətək dueldən qalib ayrılıb. 90+5-ci dəqiqədə isə C. Roberts fərqi iki topa çatdırıb.

BOS-dakı ilk matçda İsveçrə ilə 1:1 hesablı heç-heçə edən Uels yığması qələbə sayəsində xallarının sayını 4-ə çatdırıb. Romadakı açılış qarşılaşmasında İtaliyaya 0:3 hesabı ilə uduzan Türkiyənin isə xalı yoxdur.

Qeyd edək ki, Türkiyə yığması iyunun 20-də Bakıda İsveçrə ilə qarşılaşacaq.

 

21:04

Avropa çempionatında A qrupunun II turunun Bakıda keçirilən Türkiyə - Uels oyununda ikinci hissə başlayıb.

20:50

Avropa çempionatında A qrupunun II turunun Bakıda keçirilən Türkiyə - Uels oyununda ilk hissə başa çatıb.

20:44

Avropa çempionatında A qrupunun II turunun Bakıda keçirilən Türkiyə - Uels oyununda ilk qol vurulub.

42-ci dəqiqədə Uels yığmasının futbolçusu Remsi hesabı açıb - 1:0.