"Bütün dünya Səudiyyə liqasını izləyir" - Ronaldo



 19:53 01.01.2024     279

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı çempionatının kifayət qədər populyar olduğunu düşünür.

Demedia.az xəbər verir ki, portuqaliyalı futbolçu “SSC Sports”a açıqlamasında bu barədə danışıb:  

“Xoşbəxtəm, çünki bura gəlməyə qərar verəndə heç kim sözlərimə inanmadı. Amma indi fərqi yoxdur. Ən əsası odur ki, liqa böyüməyə davam edir, futbolçular çempionatın ciddi səviyyədə olduğunu gördükləri üçün buraya gəlmək istəyirlər. İndi bütün dünya Səudiyyə Ərəbistanı çempionatının oyunlarını izləyir. Bu əladır. Mən burada oynamağa davam etmək istəyirəm. Güclü futbolçular bura gəlsələr, yaxşı qarşılanacaqlar”. 

Qeyd edək ki, 38 yaşlı futbolçunun "Əl-Nəsr"lə müqaviləsi 2025-ci ilin yayına qədərdir.