Şenol Günəşi istefaya çağırdılar



 09:20 21.06.2021     510

Türkiyə millisinin Avropa çempionatının A qrupunun sonuncu - III turunda Bakıda İsveçrə yığmasına məğlub olaraq mübarizəni dayandırması azarkeşlərin narazılığına səbəb olub.

Nexəbər verir ki, Bakı Olimpiya Stadionuna toplaşan türkiyəli fanatlar matçın sonlarına yaxın 69 yaşlı mütəxəssisi - Şenol Günəşi istefaya səsləyiblər.

Qeyd edək ki, görüş "ay-ulduzlular"ın 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb.