Mbappe PSJ-dən çıxmaq üçün milyonlarla pul verəcək



 16:28 06.01.2024     190

PSJ-nin hücumçusu Kilian Mbappe yayda azad agent kimi ayrılacağı təqdirdə Paris klubuna böyük təzminat ödəməyə razılaşıb.

Demedia.az Lent.az-a istinadla bildirir ki, bu məbləğ sabit deyil və futbolçunun klubu nə vaxt, həmçinin necə tərk etməsindən asılıdır. Bunun 70-80 milyon avro olduğu təxmin edilir. Lakin Mbappedən əhəmiyyətli dərəcədə daha çox, bəlkə də ikiqat ödəniş tələb olunduğu iddialar da var.

Fransız hələ də Paris klubunda qalmağa qərar verərsə, o, yenidən sadiqlik bonusu almaq hüququ qazanacaq.