Roberto Firmino İngiltərə klubuna keçə bilər



 13:12 07.01.2024     274

Səudiyyə Ərəbistanının "Əl-Əhli" komandasının futbolçusu Roberto Firmino İngiltərə təmsilçisi "Fulhem"ə keçə bilər.

Demedia.az "Goal"a istinadən xəbər verir ki, London klubu "Əl-Əhli"də oyun müddətindən narazı olan 32 yaşlı braziliyalını bu qış transfer etməyə hazırdır.

Firmino 2023/24 mövsümündə "Əl-Əhli"nin heyətində bütün yarışlarda 19 matçda 3 qol vurub və 3 məhsuldar ötürmə verib. Hücumçu son iki ayda komandanın start heyətinə düşə bilməyib.

Qeyd edək ki, Firmino 2015-2023-cü illərdə İngiltərədə "Liverpul"un formasını geyinib. "Transfermarkt" portalı futbolçunun dəyərini 10 milyon avro qiymətləndirir.