Pul yoxdur, başınıza çarə qılın



 12:30 07.01.2024     211

Səudiyyə Ərəbistanı klubları bu qış transfer pəncərəsi zamanı əvvəlki kimi aktiv ola bilməyəcəklər.

Demedia.az xəbər verir ki, Səudiyyə Ərəbistanının Suveren Fondu (PİF) bu dövrdə xərclərə məhdudiyyətlər tətbiq edib. Ölkənin 4 ən böyük klubunu - "Əl-Hilal", "Əl-Nəsr", "Əl-İttihad" və "Əl-Əhli"ni maliyyələşdirən məhz PİF-dir.

Klublar transfer əməliyyatları həyata keçirmək hüququna malik olacaqlar, lakin onları özləri maliyyələşdirmək məcburiyyətindədirlər.