Rafael Nadal Avstraliya Açıq çempionatında iştirakdan imtina edib



 11:19 08.01.2024     290

İspaniyalı tennisçi Rafael Nadal Avstraliya Açıq çempionatında iştirakdan imtina edib.

Demedia.az xəbər verir ki, bu barədə 37 yaşlı idmançı özü məlumat verib.

O bildirib ki, zədə səbəbindən bu addımı atmalı olub: “Melburna çatanda müayinədən keçdim, əzələmdə mikro yırtıq aşkarlandı. Hazırda 5 setlik oyunlarda yüksək səviyyədə mübarizə aparmağa hazır deyiləm. Həkimimi görmək, müalicə almaq və istirahət etmək üçün İspaniyaya qayıdıram”.

Qeyd edək ki, Rafael Nadal 2009 və 2022-ci illərdə Avstraliya Açıq çempionatının qalibi olub.