“Atletiko”nun baş məşqçisi unikal göstəriciyə imza atıb



 16:14 10.01.2024     231

İspaniyanın “Atletiko” klubunun baş məşqçisi Dieqo Simeone unikal göstəriciyə imza atıb.

Demedia.az xəbər verir ki, argentinalı madridlilərin “sükanı arxasında" 187 fərqli həmkarına qarşı çıxış edib.

Onun komandası 32 fərqli klubla qarşılaşıb. Simeonenin ən çox üz-üzə gəldiyi mütəxəssis Xose Luis Mendilibardır. O, “Eybar”ın sabiq çalışdırıcısına qarşı 12 görüşdə çıxış edib. Rubi isə “Betis”, “Almeriya”, “Sportinq" (Xixon), “Levante” və “Espanyol”un baş məşqçisi postunda Simeoneyə rəqib olub.

Qeyd edək ki, 53 yaşlı Dieqo Simeone 2011-ci ilin dekabrından “Atletiko”ya rəhbərlik edir. Komanda onun başçılığı altında İspaniya La Liqasını (2013/2014, 2020/2021), İspaniya Kral Kubokunu (2012/2013), İspaniya Superkubokunu (2013/2014), UEFA Avropa Liqasını (2011/2012, 2017/2018) və UEFA Superkubokunu (2012/2013, 2018/2019) qazanıb.