Səfər qolu qaydası niyə ləğv olundu? - Çeferin açıqladı



 21:34 24.06.2021     482

UEFA-nın prezidenti Aleksander Çeferin avrokuboklarda səfər qolu qaydasının ləğvi ilə bağlı danışıb.

Nexeber.az qol.az-a istinadən xəbər verir ki, o, qurumun mətbuat xidmətinə açıqlamasında bildirib ki, yeni qayda futbolu daha maraqlı edəcək:

"Səfər qolu qaydası 1965-ci ildən tətbiq olunan UEFA yarışlarının ayrılmaz hissəsi idi. Amma bu qaydanın ləğvi son bir neçə il ərzində qurumun müxtəlif iclaslarında müzakirə edilib. Ümumi fikir birliyi olmasa da, bir çox məşqçi, azarkeş və digər maraqlı tərəflər bu qaydanın ləğv edilməsinin lehinə idi.

Komandalar ilk oyunlar zamanı rəqiblərinə üstünlük verə biləcək səfər qolundan qorxduqları üçün hücum etməyə çəkinirdilər. Qonaq komanda fərqləndikdən sonra ev sahiblərinin 2 qol vurmaq məcburiyyətində qalması haqsızlıq sayılırdı və buna görə xeyli tənqidlər var idi. Bu qaydanın ləğvindən sonra ev üstünlüyü əvvəlkitək önəm daşımayacaq. Bütün amilləri nəzərə alan UEFA İcraiyyə Komitəsi düzgün qərar verdi".