Mbappe Afrika Millətlər Kubokunda oynaya biləcək ən bahalı futbolçuların siyahısında birincidir


Fransalı hücumçu Kilian Mbappe Afrika Millətlər Kubokunda oynaya biləcək ən bahalı futbolçuların siyahısına başçılıq edir.
Bu barədə Demedia.az “Transfermarkt” portalına istinadən xəbər verir.
Afrika Millətlər Kubokunda oynaya biləcək ən bahalı 10 futbolçu bunlardır:
1. Kilian Mbappe (180 milyon avro, Kamerun millisində oynaya bilərdi)
2. Bukayo Saka (120 milyon avro, Nigeriya millisində oynaya bilərdi)
3-5. Eduardo Kamavinqa (90 milyon avro, Konqo millisində oynaya bilərdi)
3-5. Orelyen Tçuameni (90 milyon avro, Kamerun millisində oynaya bilərdi)
3-5. Rafael Leau (90 milyon avro, Anqola millisində oynaya bilərdi)
6-7. Vilyam Saliba (75 milyon avro, Kamerun millisində oynaya bilərdi)
6-7. Kristofer Nkunku (75 milyon avro, Konqo DR millisində oynaya bilərdi)
8-10. Alfonso Devis (70 milyon avro, Liberiya millisində oynaya bilərdi)
8-10. Aleksander İsak (70 milyon avro, Eritreya millisində oynaya bilərdi);ə
8-10. Rendal Kolo Muani (70 milyon avro, Konqo DR millisində oynaya bilərdi)