“Qalatasaray” “Trabzonspor”a qalib gələrək “Fənərbağça” ilə xallarını bərabərləşdirib
Türkiyə Superliqasının 21-ci həftəsində “Trabzonspor” “Qalatasaray”ı qəbul edib.
Demedia.az xəbər verir ki, “Qalatasaray” səfərdə “Trabzonspor”a 5:1 hesabı ilə qalib gəlib.
“Sarı-qırmızılıların” qollarını 13, 61 və 90-cı dəqiqələrdə Vilfrid Zaha, 64-cü dəqiqədə Kaan Ayhan, 80-ci dəqiqələrdə isə Kerem Aktürkoğlu vurub. “Trabzonspor” komandasından 79-cu dəqiqədə Enis Destan qola imza atıb.
Bu nəticədən sonra xallarını 54-ə yüksəldən “Qalatasaray” lider “Fənərbağça” ilə xallarını bərabərləşdirib. “Trabzonspor” 37 xalda qalıb.