"Qarabağ"ın rəqibi finalda



 10:00 24.01.2024     183

"Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi "Braqa" tarixində üçüncü dəfə Portuqaliya Liqa Kubokunun finalına yüksəlib.

Demedia.az xəbər verir ki, "ağ-qırmızılar" yarımfinalda "Sportinq"i məğlub edərək (1:0) bu uğura nail olublar. Görüşdəki yeganə qolu 65-ci dəqiqədə Abel Ruiz vurub.

Finalda "Braqa" "Benfika" - "Eştoril" cütünün qalibi ilə qarşılaşacaq. Qarşılaşma bu gecə baş tutacaq.

"Benfika" 7 dəfə Portuqaliya Liqa Kubokunu qazanıb. "Sportinq" bu göstəricidə ikincidir - 4, "Braqa" isə titula iki dəfə sahib çıxıb.

Qeyd edək ki, “Braqa” ilə “Qarabağ” arasında ilk görüş fevralın 15-də Portuqaliyanın eyniadlı şəhərində, cavab görüşü isə fevralın 22-də Bakıda keçiriləcək.