"Qarabağ"ın hücumçusu zədələndi



 20:14 27.01.2024     437

"Qarabağ" klubunun futbolçusu Redon Cica zədələnib.

Demedia.az xəbər verir ki, 25 yaşlı hücumçu "Kəpəz"ə qarşı keçirdikləri Azərbaycan Premyer Liqasının XX turunun oyununda sıradan çıxıb.

Albaniyalı oyunçu əzələsini dartıb. Onu 63-cü dəqiqədə Olavio Juninyo əvəzləyib.