"Neftçi" "Qəbələ"ni məğlub edərək ikinci pilləyə yüksəldi


Futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura yekun vurulub.
Demedia.az-ın məlumatına görə, günün ikinci matçında "Qəbələ" "Neftçi"nin qonağı olub.
Qarşılaşma "ağ-qaralar"ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu nəticədən sonra xallarının sayını 32-yə çatdıran "Neftçi" 2-ci pilləyə yüksəlib. "Qırmızı-qaralar" 14 xalla sonuncu-10-cu yerdədir.