"Qarabağ" dünya reytinqində 3 pillə irəlilədi


Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.
Demedia.az IFFHS-nin rəsmi saytına istinadən xəbər verir ki, 403 komandadan ibarət siyahıya Azərbaycanın iki təmsilçisi düşüb.
Ötən ay 73-cü pillədə qərarlaşan "Qarabağ" (146,5 xal) 70-ci sıraya yüksəlib. "Neftçi" (57,5 xal) isə 469-cu yerdən 398-ci mövqeyədək irəliləyib.