"Bavariya" "Yuventus"un futbolçusunu almaq istəyir
"Yuventus"un və Fransa millisinin yarımmüdafiəçisi Adrien Rabyo "Bavariya"ya keçə bilər.
Demedia.az "Bild"ə istinadən xəbər verir ki, Münhen klubu mövsümün sonunda 28 yaşlı futbolçunu heyətinə cəlb etməyi planlaşdırır. Rabyonun Turin klubu ilə müqaviləsi iyunun 30-na qədərdir. "Bavariya" rəhbərliyi isə onu təzminat qiyməti ödəmədən - azad agent kimi transfer etməyi düşünür.
Qeyd edək ki, Rabyo 2019-cu ildən "Yuventus"da çıxış edir. O, daha əvvəl PSJ və “Tuluza”da da oynayıb.