Azərbaycanın məşhur futbolçusu saxlanıldı - FOTO



 14:25 16.02.2024     330

"İrəvan" klubunun futbolçusu hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb

Demedia.az xəbər verir ki, söhbət Birinci liqa klubunun yarımmüdafiəçisi Fəhmin Muradbəylidən gedir. 27 yaşlı futbolçunun hansı səbəbdən saxlanılması məlum deyil. Bu barədə "Sportinfo.az" məlumat yayıb.

U-21 millimizin sabiq üzvü "Neftçi"nin yetirməsidir. O, "ağ qaralar"la 2020/21 mövsümündə Azərbaycan çempionatının və ölkə kubokunun qalibi olub.

Fəhmin "Səbail", "Keşlə" və "Araz Naxçıvan" klublarının da formasını geyinib.(publika.az)