Zubir Avropa Liqasında həftənin oyunçusu seçildi



 09:07 17.02.2024     226

“Qarabağ”ın futbolçusu Abdullah Zubir UEFA Avropa Liqasında həftənin oyunçusu seçilib.

Demedia.az xəbər verir ki,  futbolçu UEFA-nın saytında keçirilən səsvermədə Mauro İkardi (“Qalatasaray”), Ruben Loftus-Çik (“Milan”) və Anxel Di Mariyanı (“Benfika”) qabaqlayıb.

Zubir “Braqa”ya qarşı keçirilən matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində keçirilən qarşılaşma “Qarabağ”ın 4:2 hesablı qələbəsi ilə başa çatıb.