Azərbaycan paracüdoçusu reytinq xarakterli turnirdə gümüş medal qazanıb



 11:56 18.02.2024     264

Almaniyanın Heydelberq şəhərində keçirilən reytinq xarakterli turnirdə Azərbaycan paracüdoçusu Vüqar Şirinli gümüş medal qazanıb.

Demedia.az-ın məlumatına görə, Qran-pridə 60 kq çəki dərəcəsində J2 kateqoriyasında mübarizə aparan idmançı ikinci yeri tutub.

Qeyd edək ki, Vüqar Şirinli Tokio-2020 XVI Yay Paralimpiya Oyunlarının qalibidir.