Kloppdan Mbappe açıqlaması



 13:18 19.02.2024     266

"Liverpul"un baş məşqçisi Yurgen Klopp PSJ-nin hücumçusu Kilian Mbappenin mümkün transferini dəyərləndirib.

Demedia.az xəbər verir ki, o deyib: "Heç bir fikrim yoxdur. Aydındır ki, mən bu məsələlərdə iştirak etmirəm. Amma sizə deyə bilərəm ki, Mbappe  ilə müqavilə imzalansa, təəccüblənərdim. Mən tanıdığım top-klubların çoxu üçün onu almaq çətin olacaq. Çünki maaşı və imza bonusu yüksəkdir".