"Real"ın futbolçusu bu vaxtdan yaşıl meydana qayıdacaq



 17:30 24.02.2024     194

İspaniyanın "Real" klubunun zədəli futbolçusu Eder Militaonun yaşıl meydanlara nə vaxt qayıdacağı bəlli olub.

"Report" "Relevo" nəşrinə istinadən xəbər verir ki, 26 yaşlı müdafiəçinin aprelin ortalarında sıraya dönmək ehtimalı böyükdür.

Braziliyalı oyunçunun tezliklə məşqləri bərpa edəcəyi gözlənilir.

Qeyd edək ki, Eder Militao 2019-cu ildə Portuqaliyanın "Portu" klubundan "Real"a keçib. O, bu müddət ərzində 143 matça çıxıb, 11 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.