“Braqa”nı Portuqaliyada linç edirlər: Səviyyəsizlər, bura qayıtmayın



 13:00 25.02.2024     577

“Qarabağ” Avropa Liqasının pley-off mərhələsini adlamaqla ölkə futbolu adına tarixi ilkə imza atdı.

“Köhlən atlar” iki oyunun nəticəsinə görə cütün favoriti göstərilən Portuqaliya “Braqa”sını mübarizədən kənarlaşdırdı – 4:2, 2:3.

Publika.az xəbər verir ki, rəqib komandanın azarkeşləri fevralın 22-sini “qara cümə” axşamı kimi xatırlayacaq. Fanatların təsəvvür edə bilməyəcəyi hadisənin yaşanması onları həm şok salıb, həm də özündən çıxarıb.

Klubun sosial şəbəkə səhifələrində yazılan şərhlərdən Braqadakı vəziyyəti təsəvvür etmək çətin deyil:

“Qarabağ” Avropanın ən güclü komandalarından biridir? Hər şey yaxşıdır? Görəsən nə qədər güclüdür, 40, yoxsa 50 diaqram?”

“Qarabağ” nə komandadır axı? Ənənələri yoxdur. Ümumiyyətlə, Azərbaycan haradadır?”

“Kimə uduzduğunuzun fərqindəsiniz? Vaxtilə “Moyrense” ilə “Santa Klara”da ehtiyatda qalan futbolçulardan qurulmuş komandaya”.

“Azərbaycanda qalın. Bura qayıtmayın!”

“İlk dəfədir “Braqa” fanatı olduğuma görə utanıram. Dostlarım mənimlə məzələnir”.

“Portuqaliyanın futbol ənənələrini yerə çırpdığınız üçün təşəkkür edirəm. Bundan sonra reytinqdə İsraildən geridə olacağıq”.

“10 nəfərlə qalan rəqiblə də bacarmadınızsa, buraxın futbolun başını. Ya da özünüzə başqa komanda tapın. “Braqa”nı adını batıranlar!”

“İlk oyundan sonra söz vermişdiniz. Bu idi verdiyiniz söz? Azlıqda qalan komandaya üç hissə ərzində heç nə edə bilmədiniz. Bacarıqsız baş məşqçi ilə bura qədər necə gəlmişdik, onu anlamıram”.

“Bu, Portuqaliya futbolu adına faciədir. 10 nəfərlə qalan Azərbaycan komandasını üstələyə bilmədiniz”.

“10 nəfərlə qalan komanda sizin qapınıza 2 qol vurdu. Bundan sonra futboldan danışmayın. Səviyyəsizlər!”

Pley-offda “Braqa” səddini aşan “Qarabağ” 1/8 final mərhələsində “Bayer Leverkuzen”lə qarşılaşacaq.

İlk oyun martın 7-də Bakıda, cavab görüşü bir həftə sonra Almaniyada keçiriləcək.