30 milyonluq təklifi qəbul etmədi



 15:00 25.02.2024     224

Azad agent olan “Mançester Yunayted”in sabiq qapıçısı David de Xea və “Bavariya”nın qapıçısı Manuel Noyer Səudiyyə Ərəbistanından gələn təklifi qəbul etməyib.

Demedia.az xəbər verir ki, onlar”Əl-Nəsr”dən sərfəli təklif alıblar.

Mənbənin məlumatına görə, Kriştiano Ronaldonun oynadığı klub qapıçılara 30 milyon avro maaşla müqavilə təklif edib.

Ötən mövsüm De Xea bütün yarışlarda 58 matçda iştirak edib, bunun 25-də qapısını toxunulmaz saxlayıb. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 8 milyon avrodur.

Noyer bu mövsüm bütün yarışlarda 19 matçda iştirak edib, 22 qol buraxıb və 8 oyunda qapısının toxunulmazlığını qoruyub.