Premyer Liqa: "Qarabağ" "Neftçi"yə qalib gəlib



 21:41 03.03.2024     270

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV tur ölkə derbisi ilə başa çatıb.

Demedia.az-ın məlumatına görə, "Neftçi" doğma azarkeşlər önündə "Qarabağ"la üz-üzə gəlib.

"Neftçi Arena"dakı qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə bitib - 4:1. Qonaqların heyətində 47-ci dəqiqədə Nəriman Axundzadə, 60-cı dəqiqədə penaltidən Toral Bayramov fərqləniblər. "Ağ-qaralar"da Filip Ozobiç 71-ci dəqiqədə 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib. 90+3-cü dəqiqədə Toral Bayramov növbəti dəfə meydan sahiblərini məyus edib. 90+7-ci dəqiqədə Leandro Andrade matçda son nöqtəni qoyub.

Bu nəticədən sonra xallarının sayını 60-a çatdıran "Qarabağ" liderliyini daha da möhkəmləndirib. Paytaxt klubu 36 xalla üçüncüdür.

Qeyd edək ki, günün ilk görüşündə "Səbail" səfərdə "Qəbələ"yə qalib gəlib - 3:2. Daha əvvəl "Kəpəz" səfərdə "Sumqayıt"ı (3:1), "Sabah" evdə "Araz-Naxçıvan"ı (2:0) məğlub edib. "Zirə" - "Turan Tovuz" görüşündə qalib müəyyənləşməyib - 1:1.