Azərbaycan boksçusu İtaliyada lisenziya turnirinə qələbə ilə başlayıb



 20:43 03.03.2024     303

İtaliyanın Busto Arsizio şəhərində boks üzrə I Dünya Olimpiya Təsnifat Turnirinin ilk günündə Azərbaycan millisinin üzvü Nicat Hüseynov (51 kq) mübarizəyə qoşulub.

Demedia.az xəbər verir ki, ikiqat Avropa çempionu 1/32 finalda Dipak Dipakı (Hindistan) sınağa çəkib.

Hüseynov gərgin keçən döyüşdə son dünya çempionatının bürünc medalçısını 3:2 (29:28, 28:29, 29:28, 27:30, 29:28) hesabı ilə məğlub edib.

Boksçumuz ikinci görüşündə ilk mərhələdən azad olan Sahil Alahverdovi (Gürcüstan) ilə üz-üzə gələcək. Döyüş martın 6-da baş tutacaq.

Qeyd edək ki, turnirin ikinci günündə Azərbaycan millisinin daha 2 boksçusu rinqə çıxacaq.