Türkiyəli basketbolçu NBA-da yeni rekorda imza atıb



 16:07 06.03.2024     275

Alperen Şengün ABŞ-nin Milli Basketbol Assosiasiyasında (NBA) bir matçda ən çox xal əldə edən türkiyəli oyunçu kimi tarixə düşüb.

Demedia.az qardaş ölkə mətbuatına istinadən xəbər verir ki, 21 yaşlı idmançı buna “San-Antonio”nu 114:101 hesabı ilə məğlub etdikləri matçda nail olub.

O, bu qarşılaşmada 45 xal, 16 ribaund və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Alperen Şengün sabiq basketbolçu Mehmet Okurun (43 xal) rekordunu qırıb.