"Bavariya"nın qapıçısı Çempionlar Liqasında İker Kasilyasa məxsus rekordu yeniləyib



 17:29 06.03.2024     274

Almaniyanın "Bavariya" klubunun qapıçısı Manuel Noyer UEFA Çempionlar Liqasında İspaniya təmsilçisi "Real"ın sabiq qolkiperi İker Kasilyasa məxsus rekordu yeniləyib.

Demedia.az xəbər verir ki, 37 yaşlı Noyer buna meydana çıxdığı 136 görüşün 57-də qapısını toxunulmaz saxlamaqla nail olub.

Karyerasını bitirən İker Kasilyas isə bu nəticəyə 177 oyunda imza atıb.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının 1/8 finalının cavab oyununda Manuel Noyerin start heyətində yer aldığı "Bavariya" Almaniyada "Latsio"nu 3:0 hesabı ilə üstələməklə 1/4 finala adlayıb.