Premyer Liqa: “Qarabağ” “Zirə”ni qəbul edəcək



 14:38 10.03.2024     425

Bu gün Azərbaycan Premyer Liqasında XXVI tura yekun vurulacaq.

Demedia.az-ın məlumatına görə, son gündə iki oyun keçiriləcək.

Günün ilk görüşündə "Turan Tovuz" və "Araz-Naxçıvan" komandaları üz-üzə gələcəklər. Tovuz klubu 32 xalla 7-ci, Naxçıvan təmsilçisi 31 xalla 8-ci pillədə qərarlaşıb.

Tur "Qarabağ" - "Zirə" matçı ilə başa çatacaq. “Köhlən atlar” 60 xalla 1-ci, “qartallar” 36 xalla 6-cı yerdədir.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Sumqayıt” “Səbail”i səfərdə (1:0), “Sabah” “Qəbələ”ni evdə (2:1) minimal fərqlə məğlub edib, “Kəpəz”lə “Neftçi” qollu bərabərə (3:3) qalıblar.

Azərbaycan Premyer Liqası

XXVI tur

10 mart

15:30. “Turan Tovuz” – “Araz-Naxçıvan”

Baş hakim: Rəşad Əhmədov.

Tovuz şəhər stadionu

18:00 "Qarabağ" – "Zirə"

Baş hakim: Əliyar Ağayev.

Tofiq Bəhramov adına Respublika stadionu